Xəzər Xəbər

Bərdə-Yevlax dəmir yolunda teplovoz minik avtomobili ilə toqquşub

Region | 08:44 • 25 İyul 2023
Bərdə-Yevlax dəmir yolunda teplovoz minik avtomobili ilə toqquşub

İyulun 25-də saat 03:50 radələrində "Azərbaycan Dəmir Yolları"na (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan "Chevrolet Cruze" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib. Maşinist tərəfindən təcili tormozlanma aparılsa da, tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.

“ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq”, - deyə məlumatda bildirilib.

Xəbər lenti