Xəzər Xəbər

İmişlidə binada partlayış olub, xəsarət alan var

Region | 09:25 • 22 İyul 2023
İmişlidə binada partlayış olub, xəsarət alan var

İmişlidə çoxmənzilli binada partlayış hadisəsbaş verib. Hadisə zamanı bir nəfər xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, hadisə səhər saatlarında İmişli şəhəri Tofiq İsmayılov küçəsində yerləşən beşmərtəbəli və 15 mənzilli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Partlayış nəticəsində 1993-ci il təvəllüdlü Musayev İlyas Azay oğlu xəsarət alıb.

Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Xəsarət alaraq mənzildə köməksiz qalan həmin şəxs yanğınsöndürənlər tərəfindən xilas edilib, yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.

Fakt araşdırılır.

Xəbər lenti

Çox oxunanlar