Xəzər Xəbər

Polis bələdiyyə sədrlərini cərimələdi

Region | 10:54 • 21 İyul 2023
Polis bələdiyyə sədrlərini cərimələdi

Ağstafada ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Araşdırmalar zamanı ikisi bələdiyyə sədri olmaqla ümumilikdə 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin maddəsi ilə tələblərini pozduqlarına görə həmin əraziləri barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Sözügedən ərazilər təmizlənib.

Xəbər lenti

Çox oxunanlar