Xəzər Xəbər

Qubada xəstə qadının qızıl üzüyü və sırğası oğurlanıb

Region | 10:33 • 21 İyul 2023
Qubada xəstə qadının qızıl üzüyü və sırğası oğurlanıb

Qubada yaşlı qadına qarşı soyğunçuluq edilib.

DİN-dən Xezerxeber.az-a verilən məlumata görə, iyulun 18-də Quba rayonunda yaşayan yataq xəstəsi olan 67 yaşlı qadının qızıl sırğa və üzüyünün soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Əhməd Məstanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar