Xəzər Xəbər

Xaçmazda "Mercedes" motosikletlə toqquşub, ölən var

Region | 12:23 • 19 İyul 2023
Xaçmazda "Mercedes" motosikletlə toqquşub, ölən var

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, rayonun İstisu qəsəbəsində "Mercedes" markalı minik avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletçi, 1989-cu il təvəllüdlü Qayıbxanov Turac Həsrətulla oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti