Xəzər Xəbər

Ağcabədidə qanunsuz qum-çınqıl daşınmasının qarşısı alınıb FOTO

Region | 12:11 • 19 İyul 2023
Ağcabədidə qanunsuz qum-çınqıl daşınmasının qarşısı alınıb

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədi ilə birgə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını təşkil edən bir nəfər müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.

Xəbər lenti