Xəzər Xəbər

Selin apardığı avtomobil bu halda tapıldı VİDEO

Region | 13:52 • 18 İyul 2023
Selin apardığı avtomobil bu halda tapıldı

Xəbər verdiyimiz kimi, dünən İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb.

Xezerxeber.az xəbər verir ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər. Amma yağan güclü yağış səbəbindən Girdiman çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb.

Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi nəticəsində avtomobildən çıxarılıb. Yağış kəsəndən sonra avtomobil tapılıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, avtomobil yararslz vəziyyətə düşüb.

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti

Çox oxunanlar