Xəzər Xəbər

Laçına köçürülən ailələrin məşğulluğunun təminatı ilə bağlı işlərə başlanılıb FOTO

Region | 11:48 • 18 İyul 2023
Laçına köçürülən ailələrin məşğulluğunun təminatı ilə bağlı işlərə başlanılıb

Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində dogma yurd yerlərinə - Laçın şəhərinə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüşlər keçirilir.

Nazirlikdin verilən məlumata görə, artıq 38 ailə ilə görüşlər keçirilərək qiymətləndirmə aparılıb, onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilib.

Həmin tədbirlərin davamı olaraq növbəti mərhələdə Laçın sakinlərinin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili işləri aparılacaq.

Laçında fəaliyyət göstərən işəgötürənlərlə birgə müxtəlif dəstək proqramlarının həyata keçirilməsi də planlaşdırılır.

Xatırladaq ki, Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

Çox oxunanlar