Xəzər Xəbər

Şəmkir sakini qətlə yetirilib

Region | 08:37 • 17 İyul 2023
Şəmkir sakini qətlə yetirilib

Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti