Xəzər Xəbər

Ağdaşda ətrafı zibilləyən şəxslər cərimələniblər

Region | 12:57 • 16 İyul 2023
Ağdaşda ətrafı zibilləyən şəxslər cərimələniblər

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

Onlarla profilaktiki söhbətlər aparılıb və cari il ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı ümumilikdə 48 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü ( Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.

Xəbər lenti

Çox oxunanlar