Xəzər Xəbər

Yuxarı Qarabağ kanalında bir nəfər batıb

Region | 11:22 • 13 İyul 2023
Yuxarı Qarabağ kanalında bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Xəbər lenti

Çox oxunanlar