Xəzər Xəbər

Lerikdə yanğın olub, bir nəfər xəsarət alıb

Region | 22:27 • 8 İyul 2023
Lerikdə yanğın olub, bir nəfər xəsarət alıb

Lerik rayonunun Büzeyir kəndində ümumi sahəsi 18 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan bir ton ot bağlaması yanıb.

FHN-dən Xezerxeber.az-a bildirilib ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar