Xəzər Xəbər

Prokurorluq Lənkəranda doğuş zamanı ana və körpəsinin ölməsi faktını araşdırır YENİLƏNİB

Region | 11:51 • 8 İyul 2023
Prokurorluq Lənkəranda doğuş zamanı ana və körpəsinin ölməsi faktını araşdırır

İyulun 7-də Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Qurbanzadənin “Vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə daxil olduğu Lənkəran regional Perinatal Mərkəzdə cərrahi əməliyyatdan sonra ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

11:44

İyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Qurbanzadə Aygün İlham qızı vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, reanimasyon və cərrahi tədbirlərə baxmayaraq ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır.

Xəbər lenti

Çox oxunanlar