Xəzər Xəbər

Qubada geclü sel təhlükəsi yaranıb

Region | 08:38 • 5 İyul 2023
Qubada geclü sel təhlükəsi yaranıb

İyulun 4-ü axşam saatlarından başlayaraq Qubada yağan güclü leysan yağışı bəzi kəndlərdə sel təhlükəsi yaradıb.

Yağış nəticəsində dağlıq Cimi kəndinin mərkəzi küçəsindən güclü sel keçib. Nəticədə qaz təsərrüfatına ziyan dəyib, bir neçə həyətə sel suları daxil olub.

Quba rayon icra hakimiyyəti başçısının Qonaqkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Bəşirov bildirib ki, qısa müddətdə davam edən leysan yağışı nəticəsində yaranan sel suları ciddi fəsadlar törətməyib. Kəndin yoluna, qaz xəttinə ziyan dəyib. Sakinlər arasında xəsarət alan yoxdur.

Cimi kəndi Qubanın rayon mərkəzindən 50 kilometr məsafədə yerləşir. Leysan yağışları Cimi ilə yanaşı, rayonun digər ucqar kəndlərində də müşahidə olunub. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar