Xəzər Xəbər

Prokurorluq Xaçmazda istirahət mərkəzində baş vermiş ölüm faktını araşdırır

Region | 15:31 • 3 İyul 2023
Prokurorluq Xaçmazda istirahət mərkəzində baş vermiş ölüm faktını araşdırır

İyulun 2-si saat 17 radələrində 1963-cü il təvəllüdlü Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək.

Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Xəbər lenti

Çox oxunanlar