Xəzər Xəbər

İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənib

Region | 12:38 • 3 İyul 2023
İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənib

İyulun 3-də səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun (18-ci kilometr) hərəkət hissəsinə qaya parçaları tökülüb.

Xezerxeber.az xəbər verir ki. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Həmin yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə agentliyin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.

Xəbər lenti