Xəzər Xəbər

Göygöldə 109 baş xırdabuynuzlu heyvan oğurlanıb FOTO

Region | 10:58 • 3 İyul 2023
Göygöldə 109 baş xırdabuynuzlu heyvan oğurlanıb

Göygöldə 34 800 manatlıq mal-qara oğurlanıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayon sakininə məxsus ümumi dəyəri 34800 manat olan 109 baş xırdabuynuzlu heyvanın oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakinləri Nazim Cəfərov, Sabit Cəbrayılov və Goranboy rayon sakini Olqar Həsənov qabaqcadan əlbir olaraq qrup şəklində mal-qaranı oğurlayıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar