Xəzər Xəbər

Şabranda yük avtomobili aşıb, sürücü ölüb

Region | 12:55 • 28 İyun 2023
Şabranda yük avtomobili aşıb, sürücü ölüb

Şabranda yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, iyunun 27-də saat 12 radələrində Şabran rayonunun Zağlı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Mustafayev idarə etdiyi “KamAZ” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində, sərnişini olan Abşeron rayon sakini Nazim İbrahimov xəstəxanaya yerləşdiriləndən sonra orada ölüb.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar