Gəncədə baş verən qətlin təfərrüatları məlum olub.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən kafelərin birində qeydə alınıb. Belə ki, hər iki şəxsin arasında söyüş üstündə mübahisə düşüb. Bundan sonra 2004-cü il təvəllüdlü Samir Hüseynov Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərovu bıçaqla qətlə yetirib. (APA)
11:44
Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində 1 nəfərin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Xezerxeber.az-a verdiyi məlumata görə, dərhal Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü Kamil Cəfərov aldığı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini 2004-cü il təvəllüdlü Samir Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir