Xəzər Xəbər

Daşkəsəndə güclü dolu və leysan fəsadlara səbəb olub

Region | 13:05 • 27 İyun 2023
Daşkəsəndə güclü dolu və leysan fəsadlara səbəb olub

Bu gün saat 11:00 radələrində Daşkəsən rayonu ərazisində güclü dolu və leysan yağışları yağıb.

Xezerxeber.az xəbər verir ki, intensiv leysan yağışları və dolu qısa müddət ərzində Daşkəsən şəhərində əksər istinad divarlarını dağıdıb, yol infrastrukturunu, bəzi elektrik və rabitə xətlərini qırıb, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub.

Rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə, təsərrüfatlara ciddi ziyan dəyib.

Daşkəsən şəhərinin mərkəzi küçəsindən güclü sel keçir. Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.

Hazırda dəymiş ziyanların aradan qaldırılması istiqamətində Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024