Xəzər Xəbər

Kanalizasiya quyusundan meyit çıxdı

Hadisə Mingəçevirdə olub
Region | 10:35 • 27 İyun 2023
Kanalizasiya quyusundan meyit çıxdı

Mingəçevirdə meyit tapılıb.

Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Əhmədovun meyiti şəhər ərazisində kanalizasiya quyusunda aşkar edilib. 

Onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti