Xəzər Xəbər

Prokurorluq Şəkidə orta məktəbdə zəhərlənmə faktını araşdırır

Region | 15:47 • 23 May 2023
Prokurorluq Şəkidə orta məktəbdə zəhərlənmə faktını araşdırır

Şəki rayonu, Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az xibir verır kı, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.

Hazırda araşdırma davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar