Xəzər Xəbər

İsveçli səyyahlar Ağalı kəndinə gəlib

Region | 09:01 • 13 May 2023
İsveçli səyyahlar Ağalı kəndinə gəlib

İsveç səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Onların növbəti dayanacaq yeri Zəngilan rayonunun Ağalı kəndi olub.

Xezerxeber.az xəbər verir ki, qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir.

İsveçdən gəlmiş heyətə 30-dan çox səyahətçi daxildir. Səyyahlar Ağalıda yaradılan şəraitlə tanış olacaq. Onlara otuz ilə yaxın işğal altında qalan Zəngilanda törədilmiş erməni vandalizmi barədə məlumat veriləcək. Həmçinin onlar tarixi tikililər və abidələrin dağıdılması barədə məlumatlandırılacaqlar. Eyni zamanda işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı tikinti işlərinin şahidi olacaqlar.

Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, biri-i isə 2023-cü ildə reallaşıb. İsveçdən olan səyahətçilərin səfəri bu qəbildən olan sayca 7-ci səfərdir. İsveçdən gəlmiş heyətə 30-dan çox beynəlxalq səyahətçi daxildir. Bu səfərlər çərçivəsində dünyada tanınan 200-dən çox səyyah Qarabağ və Şərqi Zəngəzurla tanış olub.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza baş verib
Biləsuvarda ağır qəza baş verib YENİLƏNİB/FOTO
12:17 • 28 Dekabr 2024
Kürdəmirdə ağır yol qəzası baş verib
Kürdəmirdə ağır yol qəzası baş verib YENİLƏNİB/FOTO
10:47 • 28 Dekabr 2024
Beyləqanda ağır yol qəzası olub
Beyləqanda ağır yol qəzası olub
09:29 • 28 Dekabr 2024
Kürdə bir nəfər batıb
Kürdə bir nəfər batıb
14:37 • 24 Dekabr 2024
Neftçalada maşın yanıb
Neftçalada maşın yanıb
09:38 • 24 Dekabr 2024

Xəbər lenti