Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyətinin Ağdama səfəri başlayıb.
Xezerxeber.az xəbər verir ki, səfər zamanı nümayəndə heyətinə 30 il işğal altında qalan Ağdamda erməni vandalları tərəfindən törədilən vəhşiliklər, həmçinin işğaldan azad olunduqdan sonra burada həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat veriləcək, Ağdamın Baş planı ilə tanışlıq olacaq.