Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Xezerxeber.az xəbər verir ki, sülhməramlılara məxsus bir minik və üç yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Həmin avtomobillərin içərisində Qarabağda yaşayan erməni ailələri və uşaqları olub.
Yol həmişəki kimi humanitar məqsədlər üçün açıqdır.