Xəzər Xəbər

Ağstafaya dolu düşüb FAKTİKİ HAVA

Region | 13:01 • 31 Mart 2023
Ağstafaya dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 31-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.

Xidmətdən Xezerxeber.az-a bildirilib ki, qar örtüyünün hündürlüyü Göygöldə 2, Ləzə (Qusar), Gədəbəy, Daşkəsəndə 1 santimetr olub.

Yağan yağıntının miqdarı Qaxda 9, Balakəndə 7, Quba, Zaqatalada 3, Lerik, Tovuz, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəki, Qusar, Xaltan, Şahdağ, Kürdəmir, Yardımlı, Gəncə, Şəmkir, Ceyrançöl, Şamaxı, Lənkəran, Astarada 2 millimetrədək olub.

Ağstafa rayonu Bayraq meydanında və Tatlı kəndində saat 16:00-16:19 radələrində diametri 16-17 millimetr olan dolu düşüb.

Şimal-qərb küləyi əsib, arabir saniyədə Naftalanda 35, Tərtər, Ağdamda 28, Ağstafa, Gəncə, Bərdədə 24, Şəmkirdə 23, Kəlvəz, Şirvanda 21, Yevlax, Neftçala, Zərdab, Beyləqanda 20, Göycay, Naxcıvanda 18, Ordubadda 16, Bakıda və Abşeron yarımadasında: Bakıda 36, Sumqayıtda 30, Pirallahı, Çilov adasında 23, Ələt, Neft Daşlarında 22, Binədə 20, Maştağada 18, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Bakı, Pirallahı, Neft Daşları, Naxçıvan, Şərur, Göygöl, Balakən, Qax, Şamaxı, Altıağac, Qusar, Xaltan, Qrız, Şabran, Lerikdə duman müşahidə olunub, dumanda görmə məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 13°-dək isti, dağlıq rayonlarda 1°-dək şaxta, aran rayonlarında 6-9° isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 1-i axşamadək, yağıntılı hava şəraiti isə aprelin 2-si gündüzədək davam edəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti