“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarında 65 kənd qonaq evi yaradılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, KOBİA və tərəfdaşların dəstəyi ilə icra olunan layihə regionlarda sahibkarlığı təşviq edir.