Xəzər Xəbər

Gələn ilin əvvəllərində Füzuli şəhərində mindən çox ailə məskunlaşacaq

Region | 22:20 • 19 Mart 2023
Gələn ilin əvvəllərində Füzuli şəhərində mindən çox ailə məskunlaşacaq

Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

Hazırda ərazidə intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Gözlənilir ki, gələn ilin əvvəllərində şəhərdə mindən çox ailə məskunlaşacaq.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında Füzulini təmsil edən millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bütövlükdə 2040-ci ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.

Millət vəkili deyib ki, əsasən yaşıllıqlardan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial kompleks və ona bitişik Zəfər parkı olacaq.

Bütün bunlarla yanaşı şəhərdə çoxmərtəbəli, az və ortamərtəbəli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. Füzulidə infrastruktur obyektləri ilə yanaşı məşğulluq məsələsinə xüsusi diqqət ediləcək və məskunlaşan əhalinin hamısı müxtəlif sahələrdəki işlərlə təmin ediləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024