Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.