Ekoaksiyanın iştirakçıları yanvarın 31-da Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidə Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus üç minik və bir yük avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.