Ekoaksiyanın iştirakçıları yanvarın 30-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus altı minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Qeyd edək ki, həmin avtomobillər səhər saatlarında Xankəndidən Laçına getmişdi.