İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, rayon sakinləri - Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkar edilib.
Həmin şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.