Xəzər Xəbər

Ermənilərin dağıtdığı evlər yenidən tikildi və mülkiyyət hüququ rəsmiləşdirildi FOTO

Region | 15:55 • 27 Yanvar 2023
Ermənilərin dağıtdığı evlər yenidən tikildi və mülkiyyət hüququ rəsmiləşdirildi

Dövlətimizin başçısının “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində tədbirlər davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Xezerxeber.az-a bildirilib ki, yanvarın 27-də Ağdam rayonunun Çəmənli kəndinin və ətraf kəndlərin sakinləri üçün səyyar qeydiyyat xidmətləri göstərilib. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən dinc yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində dağıdılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb.

Qeyd edək ki, Ağdam rayonunda Fərmanın əhatə etdiyi və yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan 283 evin sənədləri ilə bağlı müraciətlər qəbul olunub. Belə tədbirlər vətəndaşlara heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaka dair çıxarışları əldə etmək imkanı yaradır. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq və şəffaflığın artmasına səbəb olur.

Yerli icra hakimiyyətlərinin təqdim etdiyi məlumatlar əsasında Xidmətin rəsmi saytında Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və mənzillərin üzərində mülkiyyət hüququ rəsmiləşdiriləcək şəxslərin siyahısı yerləşdirilib, Fərmanın əhatə etdiyi şəhər və rayonların siyahısı, vətəndaşların adı qeyd edilib.

Linkə keçid etməklə siyahı ilə tanış olmaq mümkündür: (https://clck.ru/33Mfb4) .

Bu günədək Fərmanın icrası ilə əlaqədar 1792 yaşayış sahəsinə dair vətəndaşların mülkiyyət hüquqları qeydiyyata alınıb.

Əmlak Məsələləri Dövlət Xidməti səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza baş verib
Biləsuvarda ağır qəza baş verib YENİLƏNİB/FOTO
12:17 • 28 Dekabr 2024
Kürdəmirdə ağır yol qəzası baş verib
Kürdəmirdə ağır yol qəzası baş verib YENİLƏNİB/FOTO
10:47 • 28 Dekabr 2024
Beyləqanda ağır yol qəzası olub
Beyləqanda ağır yol qəzası olub
09:29 • 28 Dekabr 2024
Kürdə bir nəfər batıb
Kürdə bir nəfər batıb
14:37 • 24 Dekabr 2024
Neftçalada maşın yanıb
Neftçalada maşın yanıb
09:38 • 24 Dekabr 2024

Xəbər lenti