Tovuzda ər və arvad ötən gün dəm qazından zəhərlənərək ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.
Həmin kəndin sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat ediblər. Onların hamam otağında dəm qazından boğulduğu bildirilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.