“Qaz İxrac” İdarəsinə məxsus “Borsunlu” QPS-nin giriş xəttində əmələ gəlmiş nasazlığın ləğvi ilə bağlı bu gün saat 10:30-dan işlər başa çatanadək “Borsunlu” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İB-dən xezerxeber.az-a bildirilib ki, təmir işləri görülən müddətdə Goranboy rayonunun Borsunlu, Qazaxlar, Qazanbulaq və Nadirkənd kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.