Göyçayın Mırtı kənd orta məktəbində istiliyin verilməməsi məsələsinə aydınlıq gətirilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaxın müddətdə problem aradan qaldırılacaq.
“Müəssisə odunla qızdırılır. Və mövsüm ərzində qızdırılması davam etdirilib. Müəssisəyə verilmiş odun tədarükünün növbəti hissəsinin bu gün və ya sabah gün ərzində verilməsi nəzərdə tutulub", - İdarədən bildirilib.
Qeyd edək ki, məktəbdə istiliyin olmaması haqda sosial şəbəkədə məlumat yayılıb və rayonun bir çox məktəblərində analoji vəziyyətin hökm sürdüyü bildirilib. Həmçinin, sözügedən məktəbin yararsız vəziyyətdə olması barədə fotolar da paylaşılıb.