Noyabrın 30-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarına qar yağıb.
Xezerxeber.az xəbər verir ki, Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 santimetr, Xaltan və Qrız kəndlərində isə 2 santimetr olub. Xızının Altıağac qəsəbəsində 3, Qusarın rayon mərkəzində isə 1 santimetr hündürlüyündə qar müşahidə edilib.
Bölgədə ən aşağı temperatur (-5 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb.