Xəzər Xəbər

Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələniblər

Region | 16:17 • 14 İyul 2020
Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələniblər

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğunu müəyyənləşdiriblər. Nəticədə mərasim başlamadan dayandırılıb.


Mərhuma yas mərasimi təşkil edən övladı Bakir Eyvazov və bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib, barələrində inzibati tənbeh tədbirləri görülüb. Ölkədə elan edilmiş xüsusi karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar