Xəzər Xəbər

Daşla başına, tüfənglə ayağına xəsarət yetirdi

Region | 15:26 • 14 İyul 2020
Daşla başına, tüfənglə ayağına xəsarət yetirdi

İyulun 13-də Sabirabad rayonunun Əhmədabad kəndi ərazisində kənd sakini Q.İsgəndərov xuliqanlıq zəminində qonşusu N.Səftərovun daşla baş nahiyəsinə və ov tüfəngindən atəş açaraq ayaq nahiyəsinə xəsarət yetirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, xəstəxanaya yerləşdirilmiş N.Səftərovun vəziyyəti qənaətbəxşdir.


Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Q.İsgəndərov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng götürülüb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti