Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub.
Xezerxeber.az-ın məlumatına görə, iyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlu doğulduğu Biləsuvar rayonu, Aşağı Cürəli kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.