Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aran kənd sakini, əvvəllər məhkum olunmuş A.Cabbarovdan 2,40 qram marixuana götürülüb.
A.Cabbarovun evinə baxış zamanı qundağı kəsilmiş "TOZ-8” markalı tüfəng, habelə həyətyanı sahədən 15 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.