Zərdabda 3 nəfər Kürdə batıb.
Ötən gün Kür çayının Zərdabın Burunlu kəndindən keçən hissəsində ailələri ilə birlikdə istirahət edən Gədəbəy sakinləri - 1990-cı il təvəllüdlü Cavid Arzu oğlu Yusifov, 2005-ci il təvəllüdlü Rahil Mahir oğlu Hüseynov və 2007-ci il təvəllüdlü Nahidə Rəşadət qızı İsmayılova çayda batıblar.
Məlumata görə, N. İsmayılova batan kiçik qardaşını xilas etmək istəyərkən boğulub. N. İsmayılovanın meyiti tapılaraq sudan çıxarılıb. Digər 2 nəfərin axtarışları davam etdirilir. (APA)