Siyəzəndə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Siyəzən Rayon Polis Şöbələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər. Bundan əlavə rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.
Polis əməkdaşları tərəfindən xidməti ərazidə xidmət aparan zaman elan edilmiş qaydaları pozaraq tibbi maskadan istifadə etməyən, eləcə də xüsusi sms vasitəsi ilə icazə almadan yaşayış yerlərini tərk edən vətəndaşlarda aşkarlanıb. Qayda pozan həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunublar.