Göygöl rayonunda ümumi sahəsi 2 min kvadratmetr olan taxta sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən saat 10:05-də söndürülüb.
FHN-dən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində sexin 1000 kvadratmetrlik hissəsi yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.