Xəzər Xəbər

Şirvanda yataqxanada qətl törədilib

Region | 08:56 • 10 İyul 2020
Şirvanda yataqxanada qətl törədilib

Şirvan şəhərində qətl hadisəsi baş verib.


Hadisə saat 03:00 radələrində Şirvanda yerləşən "Sürücülük məktəbinin yataqxanası” kimi adlandırılan binanın qarşısında qeydə alınıb.


Həmin yataqxanada daimi yaşayan Cəbrayıl rayon sakini, 1979-cu il təvəllüdlü Əliyev Şamil Sulduz oğlu içki məclisində aralarında yaranan mübasiə zəminində Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1969-cu il təvəllüdlü Rzayev İlqar Hümbət oğlunu qarın nahiyəsindən bıçaqla vurub. Sonuncu təcili tibbi yardımla xəstəxanaya aparılarkən yolda keçinib. Qətli törədən şəxs polis tərəfindən saxlanılıb. Qətldə istifadə olunan bıçaq hadisə yerinin yaxınlığında tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.


Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. (APA)

Xəbər lenti