Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz şəhər sakini K.Nağıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 10 çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat davam edir.