Xəzər Xəbər

Astarada toy mərasimi təşkil edənlər cəzalandı - FOTO

Region | 10:30 • 7 İyul 2020
Astarada toy mərasimi təşkil edənlər cəzalandı -

Astarada toy mərasimi təşkil etmək istəyən şəxslər cərimələnib.


Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.


Bildirilib ki, Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gələrək, toy mərasimini dayandırıblar.


Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub.


E.Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün yeddi nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.

Xəbər lenti