İsmayıllıda koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq edilən karantin rejimi tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən kecirilən tədbir zamanı həyətində yığıncaq təşkil edən Hacıhətəmli kənd sakini Ədalət Kərimov inzibati məsuliyyətə cəlb olunub. Məclisdə olan 11 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.