Ağsu rayonunda həkim iş yerində ölüb.
"Report"un məlumatına görə, hadisə Ağsu Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayon sakini, 1960-cı il təvəllüdlü Namidar Quliyev səhər saatlarında iş yerində dünyasını dəyişib.
O, xəstəxanda diş həkimi işləyirmiş. N.Quliyev səhər saatlarında işə gəlib öz otağında olarkən qəfildən halı pisləşib və vəfat edib.
Onun ürək tutmasından dünyasını dəyişdiyi güman olunur.
Faktla bağlı araşdırma aparılır.