Xəzər Xəbər

Azərbaycan Dövlət Mahnı Teatrında yeni direktor

Mədəniyyət | 16:51 • 4 Aprel 2025
Azərbaycan Dövlət Mahnı Teatrında

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyinat alıb.

Mədəniyyət Nazirliyindən faktı "Report"a təsdiq ediblər.

Qeyd edək ki, Ülviyyə Bəbirova 2007-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano fakultəsini, 2010-cu ildə isə Bakı Musiqi Akademiyasının magistr pilləsini bitirib.

2014-cü ildə “Müasir Azərbaycan kino musiqisinin milli xüsusiyyətləri (XX əsrin sonu – XXI əsrin əvvəli) mövzusu üzrə müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

O, "İrəli" İctimai Birliyində Mədəniyyət Mərkəzinin və "Azərbaycan Könüllülər" İctimai Birliyinin Mədəniyyət Mərkəzinin rəhbəri vəzifələrində çalışıb. (report)

 

Xəbər lenti